Vaqiflə Samirə boşanır - Fotolar
ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı Samirə Mustafayeva yollarını ayırıb.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, cütlük boşanma ərəfəsindədir. Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar.
Xatırladaq ki, ATV-də "Xəbərlər" proqramının aparıcılığını edən S.Mustafayeva bir müddət öncə telekanaldakı işindən ayrılıb. O, açıqlamasında bundan sonra özünü başqa sahədə sınayacağını bildirib.
Qeyd edək ki, Vaqif Aydınoğlu və Samirə Mustafayeva 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Nuran adlı bir qız övladı dünyaya gəlib.
Oxşar xəbərlər
Sibel Can ərə gedir (FOTO)
Türkiyənin tanınmış müğənnisi Sibel Can ərə gedir. BAKU.WS məlumat verir ki, müğənni 6 ay əvvəl Monakoda tanış olduğu ingilis iş adamı ilə ailə qurmağa hazır...