Vanda Naradan şok iddia: İkardi məni çılpaq halda videoya çəkdi

Vanda Naradan şok iddia: İkardi məni çılpaq halda videoya çəkdi
Şou-biznes 341

Galatasarayın argentinalı futbolçusu Mauro İkardi ilə qalmaqallı ayrılıq yaşayan Vanda Naranın məhkəmədə verdiyi ifadələr üzə çıxıb.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, Nara İkardiyə qarşı ciddi ittihamlar irəli sürərək, "Məni çılpaq halda videoya çəkdi" deyib.

Uzun müddət gərginlik və barışıq şəraitində davam edən münasibətləri zamanı Vanda Nara 10 illik həyat yoldaşı Mauro İkardini özündən 13 yaş kiçik olan reper L-Gante ilə aldatmışdı. Nara İkardi ilə yollarını ayıraraq L-Gante ilə yeni bir münasibətə başlamışdı.

Vanda Nara İkardi ilə barışıq siqnalları verərək sosial şəbəkədə birgə fotolarını yenidən paylaşsa da, futbolçunun artıq başqa biri ilə münasibətdə olduğunu öyrənmiş və böyük qəzəb yaşamışdı.

Argentina mətbuatında yer alan xəbərlərə görə, boşanma prosesində Vanda Nara məhkəmədə şok açıqlamalar verib. O bildirib:

"Çox qorxuram. Üç övladım var və onlar da təəssüf ki, şahid olduqları təhdidlərə məruz qalıblar. Mauro evlərimizə kameralar yerləşdirməkdən həmişə zövq alırdı."

Nara əlavə edib ki, Milandakı iki mənzillərinin yataq otaqlarında kameralar yerləşdirilmişdi. "Bu görüntülər şəxsi həyatımıza aid olsa da, bir çox insana göstərildi. Şəxsi foto və videolarımızdan bəhs edirəm. Mauro həmişə bizi videoya çəkməyə davam edirdi."

Vanda Nara Santa Barbaradakı evlərində baş verən bir hadisəni belə təsvir edib:

"Bir gün duş qəbul edirdim və Mauro banyoya daxil olaraq məni çılpaq halda videoya çəkdi. Həmin görüntünü paylaşmadı, amma hələ də əlində saxladığını bilirəm. Bundan əlavə, evimizin pis və xarabalıq vəziyyətdəki görüntülərini paylaşdı. Məqsədi imicimə zərər vurmaq idi."

Oxşar xəbərlər

Son xəbərlər