Ürək-damar cərrahı: “Qızlar siqaret çəkməsin” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Süni ürək köçürülən insanların xarakteri, hissləri dəyişmir. Bu da onu göstərir ki, ürək əslində hissiyyat dünyamızda mərkəzi rol oynamır”.
Bunu BAKU.TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı ürək-damar cərrahı Kamran Musayev deyib.
Həkimin sözlərinə görə, sevilmək dünyanın ən müsbət hissidir. Bu insanlarda ürək xəstəliklərinə daha az rast gəlinir. “İnsan ürəyi hər cür yükü daşıyır, onun daşıya bilməyəcəyi yük yoxdur”, - deyə ürək yorğunluğundan danışan cərrah qeyd edib.
K.Musayev açıq ürək əməliyyatının çətinliklərindən, kişilərin qadınlardan daha çox infarkt keçirməsindən də bəhs edərək ürək xəstəliklərinin qarşısını almaq üçün tövsiyələr verib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...