Ülkər Yaşarqızı: “Burnum atamın burnuna daha çox oxşamağa başlayırdı” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Ülkər Yaşarqızı "Günaylı gün" verilişinə qonaq olub.
BAKU.WS xəbər verir ki, sənətçi yeni etdirdiyi burun əməliyyatından danışıb.
O bildirib ki, yaşı artıqca burnu mərhum atası Yaşar Nurinin burnuna daha çox bənzəməyə başlayıb. Nəticədə Ülkər əməliyyat etdirib:
"Burun əməliyyatı etdirməyi çoxdan istəyirdim. Uşaqların yaşı artdıqca atalarına daha çox bənzəyirlər. Mən də gördüm ki, burnum atamın burnuna daha çox oxşamağa başlayır. Bundan sonra əməliyyat etdirmək qərarına gəldim. Amma əməliyyatdan əvvəl çox ağladım. Çünki o elə bil atamın məndə olan xatirəsi idi. Plastik cərraha da dedim ki, burnuma təbii görünüş versin".
Ətraflı videoda:
Oxşar xəbərlər
Ülkər Yaşarqızı plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxdı - VİDEO
Müğənni Ülkər Yaşarqızı burun əməliyyatı etdirib. BAKU.WS xəbər verir ki, bu barədə "Elgizlə izlə" proqramına bildirilib. Ülkər əməliyyatdan sonra ilk dəfə efi...