Uçuşlar dayandırıldı, Damla Rusiyada qaldı - FOTO

Uçuşlar dayandırıldı, Damla Rusiyada qaldı - FOTO
Foto
Şou-biznes 285

Bir neçə gün əvvəl dəvət aldığı toya görə Rusiyaya gedən müğənni Damla orda qalıb.

BAKU.WS xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında bildirib.

İfaçı Moskvadan Bakıya qayıda bilmədiyini, yolların bağlandığını deyib. Damla instaqram hesabında orada çəkilən fotolarını paylaşaraq bunları yazıb:

"Tarix yenə təkrarlanır. Biz yenə də Moskvada qaldıq. Yollar bu dəfə də bağlandı".

Xatırladaq ki, sənətçi iki il əvvəl də Rusiyada qalmışdı. O zaman pandemiya səbəbilə bütün avisreyslər təxirə salınmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər