Türkiyəli müğənni COVID-19-a yoluxduğu halda konsert verib - FOTO

24
avq
2021
15:31
Türkiyəli müğənni və aparıcı Seren Serengil yeni iddia irəli sürüb.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, sənətçi məşhur müğənni Kenan Doğulunun koronavirusa yoluxduğu halda konsert verdiyini açıqlayıb.
Aparıcı sənətçinin COVID-19 testinin müsbət çıxdığı halda minlərlə fanatını və onunla çalışan musiqiçilərin həyatını riskə atdığını qeyd edib. Buna görə də o, Kenanın korona testi etdirib nəticəsini ictimaiyyətlə paylaşmalı olduğunu bildirib.
Kenan Doğulu isə hələ ki haqqında yayılan xəbərlərlə bağlı açıqlama verməyib.


Oxşar xəbərlər
İstirahət mərkəzində çıxış edən müğənnidən gözlənilməz hərəkət - VİDEO
Bodrumda səhnə alan sənətçi Kemal Doğulu səhnədə gözlənilmədən söyüş söyərək mikrafonu yerə tullayıb.BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, ifaçını öz...