Türkiyəli məşhur aktrisanın anası azərbaycanlıdır - FOTO

Türkiyəli məşhur aktrisanın anası azərbaycanlıdır - FOTO
Foto
Şou-biznes 593

Türkiyəli aktrisa Selin Şekerci ilə bağlı yeni fakt ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, indiyə qədər bir çox layihələrdə rol alan Selinin anasının azərbaycan əsilli olduğu bilinib.

O, sosial şəbəkə hesabında anası Funda Ercilli ilə bağlı tez-tez paylaşımlar edir. Həmin postlarda izləyicilər ona anasının azərbaycanlı olması ilə bağlı suallar verirlər.

Selinin atası isə ərəb əsillidr. O, 2019-cu ildə vəfat edib. Aktrisa bununla bağlı sosial şəbəkə hesabında məlumat verib.

Hazırda 32 yaşı olan Selin mətbuatda daha çox şəxsi həyatı ilə gündəmə gəlir. Bir müddət əvvəl o özündən 10 yaş böyük yutuber İbrahim Selimlə sevgili idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər