Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu - FOTO

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu - FOTO
Şou-biznes 2

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli rusiyalı reper Əlizadəni məhkəməyə verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, B. Güven bu barədə qatıldığı “Ebo Show” adlı proqramda açıqlama verib.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu - FOTO

Belə ki, verilişin aparıcısı İbrahim Tilaver Berkcan Güvenə “Əlizadə sənə necə fırıldaq gəldi?” sualını verib. Gülməyə başlayan Güven birlikdə hazırladıqları mahnıların məhkəməlik olduğunu deyib və əlavə edib:

“Mahnılar hazırda məhkəmədədir, haqlarında xeyirlisi olsun, yolları açıq olsun”.

Qeyd edək ki, Berkcan Güven və Əlizadənin “Kalbin bana kaldı” və “24/7” adlı iki mahnısı var.

Məşhur reper Əlizadə hazırda Almaniyada yaşayan tanınmış türkiyəli reper Ezhellə yaxınlığı ilə diqqət çəkir.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər