Türkiyədə yaşayan azərbaycanlı müğənni yeni klipini təqdim etdi – VİDEO

Türkiyədə yaşayan azərbaycanlı müğənni yeni klipini təqdim etdi – VİDEO
Video
Şou-biznes 216

Türkiyədə yaşayan azərbaycanlı müğənni Səidə Quliyeva yeni klipini təqdim edib.

“Şu karşıki dağda kar var, duman yok” adlı mahnıya çəkilən videoçarx həmyerlimizin növbəti uğurlu işidir.

Bundan öncə Səidə Sinan Akçılla birlikdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Yaşa Azərbaycan” layihəsini reallaşdırıb.

15 ildir Türkiyədə peşəkar musiqi fəaliyyəti ilə məşğul olan sənətçi həmçinin “Oradan oraya” sinqlı və “Göz yaşım səndə” kimi mahnıları ilə tanınır.

Qeyd edək ki, Səidə Quliyeva 1983-cü ildə Bakıda anadan olub. Altı yaşında piano ifasıyla musiqi həyatına qədəm qoyan sənətçi tanınmış muğam ustası Arif Babayevin tələbəsi olub.

S.Quliyeva Bakıda aldığı musiqi təhsilini Türkiyənin Haliç Universiteti Konservatoriyasında davam etdirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər