Türkan Şoraydan gənclik illəri ilə bağlı ETİRAF
Fatma Girik, Hülya Koçyiğit və Filiz Akınla birlikdə türk kinosunun dördyarpaqlı yoncası kimi tanınan, "Yeşilçam"ın məşhur aktrisası Türkan Şoray Bursada özəl bir məktəb tərəfindən təşkil edilən "Analar Günü" tədbirində iştirak edib.
BAKU.WS "Posta"ya istinadən xəbər verir ki, aktrisa görüşdüyü şagirdlərə məsləhətlər verib:
"Oxumağı dayandırmayın, davam edin. Dünyada Ali məktəblər bitirmək, oxumaqdan gözəl heç nə yoxdur. Onun üçün çox çalışın, ölkədə qalın. Ölkəmizi daha da irəli aparın".
Daha sonra Şoray gənclik illərindən də bəhs edib. O, gənclik illərində müəllim olmaq istədiyini bildirib:
"İllər əvvəl, kino aktrisası olmazdan öncə anam məni müəllimlər üçün internat məktəbinə yazdırmışdı. Mən internat məktəbinə gedib müəllim olmaq istəyirdim. Təhsillə bağlı hər şey məni çox kövrəldir, çox həyəcanlandırır".
Oxşar xəbərlər
76 yaşlı Türkan Şoray tanınmaz halda - FOTO
Türk kinosunun sultanı Türkan Şoray yeni görünüşü ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, 76 yaşlı aktrisa da plastik əməliyyat etdirənlər karvanına qoşulub....