Türk müğənni Hüseyn Əzizoğlunun Qarabağla bağlı qalmaqallı videosunu sildirdi (VİDEO)
24
yan
2019
09:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türk müğənni İnzar Sur tanınmış bloger Hüseyn Əzizoğlunun videosunu sildirib. BAKU.WS xəbər verir ki, bu barədə müğənni özü məlumat verib. İnzar bildirir ki, blogerin üzərində Qarabağ yazılmış köynəklə çəkdiyi qalmaqallı vayn onu qəzəbləndirib. Çəkilən videoda mahnısından istifadə olunduğunu görən İnzar müəllif hüquqlarından istifadə edərək videonu sildirib. Müğənninin məsələ ilə bağlı açıqlamasını təqdim edirik: "Qarabağ, həm Türkiyənin, həm də Azərbaycanın ortaq ağrısı, ortaq yarasıdır. Daha əvvəl hazırladığım bir mahnım azərbaycanlı qardaşlarım tərəfindən sevilib, bəyənilib. Bir neçə azərbaycanlı Instagram fenomeni (@sabir_samiroglu, @mensur_sherif) mahnımdan istifadə edərək dəstək olub. Onlara təşəkkür edirəm. Ancaq fenomen olduğunu düşünən Hüseyn Əzizoğlu adlı şəxs mahnımdan istifadə edərək vayn çəkib. Videonun sonunda Qarabağ yazılı köynəyi çılpaq şəkildə beldən aşağı hissəsinə bağlayıb. Bu addım həm azərbaycanlı qardaşlara, həm də türk xalqının mənəviyyatına hörmətsizlikdir. Bu cür hallara heç bir güzəşt etməmişəm, etməyəcəm. Mənim üzərimə düşən vəzifə bu videonun silinməsi idi və mən bu kobudluğu aradan qaldırmaq məcburiyyətində oldum. Lazımi yerlərlə görüşün nəticəsi olaraq Youtube-dan videonu sildirdim. Bu cür videoda mahnımın istifadə edilməsinə görə həm Azərbaycan, həm də türk xalqından üzr istəyirəm. Biz iki dövlət, bir millətik". BAKU.WS
Oxşar xəbərlər
Qızlar azərbaycanlı blogerin maşınına hücum çəkdi (VİDEO)
Azərbaycanlı bloger Hüseyn Həsənov maraqlı video paylaşıb. BAKU.WS-in məlumatına görə, bloger maşının üzətrində qızları görərək təəccüblənib. Açıq-saçıq geyimdə...