Tupak Şakurun qətlində təqsirləndirilən şəxsə hökm oxundu - Ömürlük HƏBS
ABŞ-li məşhur repçi Tupak Şakurun 1996-cı ildə Las-Veqasda öldürülməsi ilə bağlı məhkəmə prosesi 33 il sonra başa çatıb.
BAKU.WS xəbər verir ki, münsiflər heyəti 63 yaşlı Duan Kit Devisi (Keffe D) ölümcül silahdan istifadə etməklə birinci dərəcəli qətldə təqsirli bilib. O, şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzası ala bilər. Hökmün oktyabrın 13-də elan ediləcəyi gözlənilir.
Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda prodüser Marion "Syuq" Naytla birlikdə avtomobildə olarkən ağ rəngli "Kadillak"dan açılan atəş nəticəsində yaralanıb. Repçi aldığı güllə yaralarından altı gün sonra, 25 yaşında xəstəxanada vəfat edib.
İstintaqın məlumatına görə, Devis hadisə zamanı hücumun həyata keçirildiyi avtomobildə olan dörd nəfərdən biri olub. Prokurorluq onun qətldə istifadə edilən silahı təmin etdiyini və hücuma razılıq verdiyini iddia edib. Onun hadisədən əvvəl Tupakın yanında olan şəxslərlə münaqişə yaşadığı və qətlin qisas məqsədilə törədildiyi bildirilib.
Devis 2023-cü ilin sentyabrında, Tupakın ölümündən təxminən 27 il sonra saxlanılıb. O, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Oxşar xəbərlər
Niyaməddin Musayevin fotoşoplu görüntüləri müzakirələrə səbəb oldu
Sosial şəbəkələrdə Xalq artisti Niyaməddin Musayevin yeni görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, sənətçinin yeni videosu xeyli marağa səbəb olub. Buna sə...