Toyu idarə etmək üçün Zaur Baxşəliyevə 50 MİN AZN VERİBLƏR - VİDEO

Toyu idarə etmək üçün Zaur Baxşəliyevə 50 MİN AZN VERİBLƏR - VİDEO
Video
Şou-biznes 888

Aparıcı Zaur Baxşəliyev yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, aparıcısı olduğu "Zaurla Günaydın" proqramında həyat yoldaşı Günayla toylardan birinin aparıcılığını etdiyini deyib.

Baxşəliyev toy üçün aldığı qonorarı da açıqlayıb. Aparıcı verilişlərindən vaxt tapmadığı üçün əvvəl toyu idarə etmək təklifini geri çevirib. Uzun təkiddən sonra Zaur onlardan 50 min AZN qonorar istəyib.

Düşünüb ki, bu qədər pul istəsə, bəlkə, toy sahibləri onu çağırmaq fikrindən daşınar. Bu zaman onu toya dəvət edən şəxs Zaurdan behi nə vaxt göndərə biləcəyini soruşub.

Beləliklə, o, həyat yoldaşı Günayla həmin toyu idarə etməyə razı olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər