Toya hazırlasşan Zamiqdən jurnalistlərə pis xəbər

Toya hazırlasşan Zamiqdən jurnalistlərə pis xəbər
Şou-biznes 3382
Toya hazırlaşan müğənni Zamiq Hüseynov toy görüntülərinin internetdə yayılmasını istəmədiyini bəyan edib.BAKU.WS xəbər verir ki, ifaçı “ARB Ulduz”un “Virtual Həyat” verlişinində bu barədə danışıb.Özəl günündə çəkilişə ümumiyyətlə icazə verilməyəcəyini deyən sənətçi, bunun üçün əsaslı səbəbi olduğunu bildirib:“Toy gələn aydır. Amma toyda çəkiliş olmayacaq. Nəyə görə? Son zamanlar görürəm ki, saytlar hər hansı sənətçinin görüntüsünü verərkən altından xoşagəlməz rəylər yazanlar tapılır. Saytlar insanların haqqında pis sözlər yazanlara diqqət etməlidirlər, təhqirləri pozmalıdırlar. Səhifəni idarə edənlər buna diqqət etməlidirlər. Çünki bu, ailədir”.İfaçının ailə qurduğu xanım uzun müddət Rusiyada yaşayan Aydan iki ildən çoxdur Azərbaycana köçüb. O, bir müddət sonra Zamiqlə tanış olub. Cütlüyün sevgi münasibəti bir ildən artıqdır davam edir.Xatırladaq ki, Zamiqin ilk evliliyi 2009-cu ildə Nigar Rəfiyeva ilə olub. Onların evlilikləri bir neçə ay çəkib.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər