Telli Borçalı: "Təsəvvür etməzdim, bu qədər ağlayaram"
2 ay əvvəl anasını itirən Aşıq Telli Borçalı yenidən efirlərə çıxacaq.
"Xəzər Maqazin”ə danışan saz ifaçısı anasının itkisi ilə barışa bilmədiyini deyib:
" Təsəvvür etməzdim ki, mən özümə bu qədər qapılıb hər gün ağlayacağam. Demək olar, hər gün ağlayıram. Hələ ağlıma gətirə bilmirəm ki, anam yoxdur. Ana itkisi dəhşətdir. Ürəyində aritmeya var idi. Xəstəxanada yatırdı, bir ay, 15 gün yaxşı olurdu, evə gəlirdi, sonra yenə halı pisləşirdi. Həmişə deyirdim, "ana, yaxşı olacaq. Fikir eləmə”. Amma Allahın yazısından qaçmaq olmaz. 2 ay efirlərdən uzaq qaldım toy şənliklərimi təxirə saldım. Amma daha anamın qırxı çıxıb. Efirlərə çıxıb, toylara gedəcəyəm”. (Axşam.az)
BAKU.WS
Oxşar xəbərlər
Aşıq Telli Borçalının ailəsinə ağır itki
Tanınmış aşıq Telli Borçalının ailəsinə ağır itki üz verib. Aşıq Tellinin anası Savad xanım rəhmətə gedib. BAKU.WS yenilik.az-a istinadən xəbər verir ki, bu ba...