Teleaparıcı Nurlana “Hər iki mən”ini təqdim etdi - VİDEO

Ötən axşam “Yarat” Müasir İncəsənət Mərkəzində məşhur teleaparıcı Nurlana Cəfərovanın “Hər iki mən” adlı şeirlər kitabının təqdimatı baş tutub.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, gecədə Xalq artisti Faiq Sücəddinov, məşhur müğənnilər Eldar Qasımov, Sevda Yəhyayeva, aktrisa Oksana Rəsulova, AzTV və İTV-nin bir sıra tanınmış aparıcıları iştirak ediblər.
Poeziya dolu gecədə müğənni E.Qasımov və bəstəkar Bəbir Bəbirli N.Cəfərovanın sözlərinə bəstələnən lirik mahnıları səsləndirərək tədbirə toplaşan qonaqlara musiqi ziyafəti veriblər.
Gecə bir-birindən rəngarəng çıxışlarla davam edib.
Oxşar xəbərlər
Emin Ağalarovun dəbdəbəli ad günündən görüntülər - VİDEO
Azərbaycanın xalq artisti, müğənni-bəstəkar Emin Ağalarov dəbdəbəli ad günü mərasimi keçirib. BAKU.WS-in məlumatına görə, 40 yaşı tamam olan Emin özəl gününündə...
