Tarkanın konsertində onunla görüşən fanatı azərbaycanlı müğənnidir - FOTO/VİDEO

Tarkanın konsertində onunla görüşən fanatı azərbaycanlı müğənnidir - FOTO/VİDEO
Video
Şou-biznes 26

Bir neçə gün əvvəl meqastar Tarkanın konsertində səhnəyə çıxaraq onunla görüşən fanatının müğənni Lalə Qafarova olduğu ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə Lalə özü bildirib.

O, sosial şəbəkə hesabında Tarkanla olan video və fotosunu paylaşıb. Lalə qeyd edib ki, 29 il meqastarla görüşməyi arzulayıb:

"Nəhayət bu da gerçək oldu. Çox şükür, 29 illik arzum yerinə yetdi. Hələ də özüm inana bilmirəm ki, mən necə səhnəyə çıxsdım. An o andır deyib, özümü səhnəyə atdım".

Qeyd edək ki, müğənni Lalə Qafarova bir zamanlar populyar qrup olan "Kristal"da fəaliyyət göstərib. Sənətçi 2011-ci ildə türkiyəli bəstəkar-müğənni Nurkan Mustafaoğlu ilə ailə qurub.

Son xəbərlər