Səyahətinizi asanlaşdıracaq 10 pulsuz proqram (SİYAHI)

Səyahətinizi asanlaşdıracaq 10 pulsuz proqram (SİYAHI)
Şou-biznes 2047

Turizm.fins.az səyahət zamanı sizə kömək olacaq proqramların siyahısını təqdim edir.

Wifi Map

Dünyanın hər yerində simsiz internet nöqtələrini şirfəsi ilə birlikdə toplayan proqram, səyahətiniz əsnasında internetə ehtiyacınız olan zaman böyük dəstəkçiniz olacaq.

Citymapper

Xəritə üzərində bir nöqtədən, digər nöqtəyə, hansı ictimati nəqliyyatdan istifadə edərək, nə qədər vaxta gedə biləcəyinizi göstərən möhtəşəm proqram.

XE Currency

Bütün pul vahidlərini internet olmadan konvertasiya edə biləcəyiniz proqram. Online olduğunuz anda hal-hazırkı məzənnələr yenilənib, təqdim olunur.

PackPoint Travel Packing

Haradan, haraya, xizək tətili və ya dəniz tətilinə getməyinizdən asılı olaraq, çamadanınıza hansı əşyaları daxil etməyinizin lazım olduğunu göstərən proqram, tətil zamanı "kaş ki, unutmasaydım” kimi təəssüf hisslərindən qoruyur.

Waze

Çox faydalı naviqasiya proqramı. Sürücülərin yol məlumatlarını GPS vasitəsi ilə öyrənərək, sizə ən optimal yolu göstərən proqram.

Foursquare

Kafe, restoran, bar və s. axtarışı zamanı ən yaxın yerləri tapıb, sizdən öncə kimlərin hansı şərh və qiymət verdiyini göstərir.

Tripit

Təyyarə bileti, otel bronu və səyahətinizlə əlaqəli bütün sənədləri Tripit ilə bir nöqtədə cəmləyin. Bundan başqa online məlumatlandırma sistemi ilə, gecikmə, uçuşun ləğvi və qapı dəyişikliyi kimi məlumatları xəbərdar edir.

Triposo

Getdiyin şəhərdə haraları gəzməli?!, haraları görməli?! necə vaxt keçirməli?! suallarına cavab verən bələdçi proqramı. İnternetsiz işlədiyi üçün ehtiyac zamanı xəritəsindən də faydalanmaq mümkündür.

Flush Toilet Finder

Proqram şəhərdə ehtiyacınızı qarşılamaq üçün ictimati ayaqyoluları göstərir. Google Map üzərindən ən yaxın ayaqyolunu istiqamətləndirərək, sizin ora getməyinizi təmin edir.

Google Translate

90 dildə tərcümə edən Google-nın online tərcümə xidmətidir. Artıq kamera görüntüsünü də tərcümə edə bilən proqram, səyahət zamanı bəlkədə ən yaxşı köməkçiniz olacaq. 

BAKU.WS

Oxşar xəbərlər

Bakının bu parklarında internet pulsuz olacaq

Bakının bu parklarında internet pulsuz olacaq

IV İslam Həmrəyliyi Oyunlarınadək "Ağ şəhər”, "Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkı pulsuz internetlə təchiz olunacaq. Nəqliyyat, Rabitə və Yüksək Tex...

1394 Sosial 17:10 02 may 2017

Son xəbərlər