“Space” TV-nin yeni rəhbəri kimdir? - DOSYE
Space TV-yə yeni rəhbər təyin olunub.
BAKU.WS ölkə.az-a istinadən bildirir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
K.Şahverdiyev əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkənidir və kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə "Space" TV-nin icracı direktoru vəzifəsində çalışıb.
O, vaxtilə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub. "Gülağa Məmmədov", "Havalansın xanın səsi", "Hər şey olduğu kimi. Rəşid Behbudov", "Əminə Dilbazi", "Lütfiyar İmanov", "Tofiq Bakıxanov", "Sara Qədimova" və s. kimi filmlərin çoxunun ssenari müəllifi və musiqi redaktoru məhz Kamil Şahverdiyevdir.
Həmçinin o, Rəşid Behbudov Fondunun direktoru kimi də fəaliyyət göstərib.
Kamil Şahverdi 2017-ci ildə Rəşid Behbudovla bağlı yaradılmış "Rashid Behbudov Official" rəsmi "Youtube" kanalının direktoru olub.
Oxşar xəbərlər
Texasın azərbaycanlı xanımı - Amerikalı ilə ailə quran admiral qızı
Kübar davranışında əsilzadələrə xas olan şuxluq və incə məqamlar çoxdur. İnsanla ünsiyyətdə elə rəftar edir ki, şahidi olduğun yüksək mədəniyyətdən zövq alırsan...