Soğan-sarımsaq qarışığı - Soyuqdəymə və qrip sizi qorxutmasın!

Soğan-sarımsaq qarışığı - Soyuqdəymə və qrip sizi qorxutmasın!
Şou-biznes 238

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, soğan və sarımsaq həqiqətən güclü mikrob və virus əleyhinə təsirə malikdir. Soğan və sarımsağı "təbii antibiotiklər" adlandırmaq olar.

Soyuq fəsillərdə soğan və sarımsağın köməyi ilə biz özümüzü bir çox mikrob və viruslardan qoruya bilərik.

Komsomolskaya pravda qəzetinə müsahibəsində tanınmış rus alimi, professor Sergey Nikolayev soyuq fəsillərdə özünü soyuqdəymə və qripp xəstəliklərindən qorumaq üçün soğan-sarımsaq şirəsindən istifadə etməyi tövsiyə edir. Bu reseptin müəllifləri qədim Tibet təbibləridir.

Qarışığı hazırlamaq üçün 1 baş soğan və 1 baş sarımsaq təmizlənir, sürtgəcdən keçirilir, qarışdırılır, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökülür, 3 gün sərin qaranlıq yerdə saxlanılır, vaxtaşırı olaraq qarışdırılır. 3 gündən sonra qarışığı yaxşı süzün və gün ərzində 2 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin. Hazır qarışığı soyuducuda saxlayın.

Qarışığı həmçinin soyuqdəymə və qripp zamanı sağalmanı tezləşdirmək məqsədi ilə qəbul etmək olar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Soyuqdəymə zamanı ən təsirli vasitələr

Soyuqdəymə zamanı ən təsirli vasitələr

Soyuqdəymə - aşağı temperaturun, daha dəqiq desək, soyuğun orqanizmə təsiri nəticəsində yaranan haldır. BAKU.WS “milli.az”a istinadən xəbər verir ki, soyuqdəymə...

4140 Şou-biznes 23:40 23 oktyabr 2021

Son xəbərlər