Sılanın "Ay qız" oxuması tamaşaçıları coşdurdu - VİDEO/FOTOLAR
02
yan
2019
09:53
2018-ci ilin son günlərində türkiyəli müğənni Sılan Gencoğlunun Bakıdakı konserti ən yadda qalan tədbirlərdən biri oldu. Tanınmış ifaçı Bakı Konqres Mərkəzində sevənləri ilə görüşdü. BAKU.WS xəbər verir ki, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü, “Kevents Group”un təşkilatçılığı ilə baş tutan gecə anşlaqla yadda qaldı. Baş tutan konsertdə Sıla sevilən mahnıları ilə tamaşaçılarını heyran etdi. Gecədə böyük alqışla qarşınan məqam isə Sılanın musiqi Cahangir Cahangirova, sözləri Zeynal Cabbarzadəyə aid olan “Ay qız” mahnısınını ifa etməsi olub. Alqışların susmadığını görən ifaçı “Bilsəydim bütün repertuarımı bu mahnılardan ibarət edərdim” deyib və bek vokalını yanına dəvət edərək daha bir Azərbaycan mahnısını ondan oxumasını istəyib. Beləliklə konsertdə səslənən ikinci Azərbaycan mahnısı, musiqisi Tofiq Quliyeva, sözləri Rəsul Rzaya aid olan "Sənə də qalmaz" olub. Məlumat üçün bildirək ki, bu, Sılanın Bakıda pərəstişkarları ilə ilk görüşü idi. Hüseyn MəmmədsalahovFoto: Ramin AslanovBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı fanatı ilə duet oxuyan Murad Boz onu Türkiyəyə dəvət etdi - VİDEO
Dekabrın 21-də Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Murad Bozun solo konserti baş tutub. BAKU.WS-in məlumatına görə, musiqili gecədə ən sevilən...