Sevil və Sevincin efirdən uzaqlaşdırılmasına "Xəzər" TV-dən - AÇIQLAMA (VİDEO)

Sevil və Sevincin efirdən uzaqlaşdırılmasına Xəzər TV-dən - AÇIQLAMA (VİDEO)
Video
Şou-biznes 22171

 

2 gündür Sevil və Sevinc Səfərovalar "Xəzər" telekanalında aparıcısı olduğu "Hər şey daxil" verilişində efirə çıxmır. Buna səbəb isə əkiz bacıların ötən gün avtomobil idarə edərkən yol ilə hərəkət edən 87 yaşlı piyadanı vurması olub. Aldığı ağır xəsarətdən ağsaqqal 2 gündür reanimasiyadadır. 

Əkiz bacıların 2 gündür efirdə görünməməsi onların telekanaldan uzaqlaşdırılması haqda söz-söhbətə səbəb olub.

İstiPress "Xəzər" telekanalının Musiqili Departamentinin rəhbəri Kənan Bayramov ilə əlaqə saxlayıb. O, əkizlərin icazəli olduğunu bildirib:

"Məlum hadisəyə görə Sevil və Sevinc bacıları 2 günlük icazəlidir. Sabahdan ikisi də "Hər şey daxil" verilişini aparacaq".

K. Bayramov eyni zamanda avtomobil qəzası keçirən yaşlı kişidən söhbət açıb:

"Allah köməyi olsun. Hazırda xəstəxanadadır. Müalicəsi davam edir".

BAKU.WS

Oxşar xəbərlər

Sevil və Sevinc 3 il həbs oluna bilər

Sevil və Sevinc 3 il həbs oluna bilər

Bu gün "Xəzər" telekanalının aparıcıları Sevil və Sevinc Səfərovalar avtomobil qəzası keçirib. Hadisə zamanı yolu keçən 87 yaşlı Zöhrab Ağayev ağır kəllə beyin...

7316 Sosial 16:30 05 aprel 2017

Son xəbərlər