Səttar Bəhlulzadənin əsərlərini satan şəxs: “Amerikalılar onların hamısını almaq istəyirlər” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin “eBay” internet mağazasında satışa çıxarılması ilə bağlı yeni faktlar məlum olub.
Əsərləri satan kolleksiyaçı Oğuz Tolga BAKU.TV-nin suallarını cavablandırıb.
O bildirib ki, 33 ildir, bu işlə məşğuldur:
“Mən 33 ildir, bu rəsmləri toplayıram. Əvvəlcə sovet rəsmləri ilə başlamışdım. Sadəcə, bu rəsmlər deyil, mən çox böyük bir kolleksiyaçıyam.
Bunlar o zaman Azərbaycanda çalışmış xaricdəki təmsilçilərin, türklərin alıb gətirdikləri rəsmlərdir. 10 il əvvəl Türkiyədəki Azərbaycan rəsmlərini toplayanlardan hamısını yığdım. Onları “eBay”də satışa qoydum, düşündüm ki, qiyməti elə qoyaq, hamısını sata bilək.
İndi amerikalılar onların hamısını almaq istəyirlər. Amerikada kolleksiyaçılar var. Onlar 1 300 rəsmin hamısını almaq istəyirlər.
Amma onlara satmaq istəmirəm. Əvvəllər də almaq istəmişdilər, amma heç birini satmadım. Xüsusən də satılmasın deyə çox yüksək qiymətlər qoyurdum”.
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...