Səməd Səmədov: "Arvadımın əlindən boğaza yığılmışam" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu yaşa çatmışam, hələ belə faciə görməmişdim". Bu sözləri Xalq artisti Səməd Səmədov dünyanı təşvişə salan koronavirus pandemiyası ilə bağlı söyləyib.
BAKU.WS xəbər verir ki, 73 yaşlı müğənni Xəzər TV-nin "Səni axtarıram" proqramının virtual qonağı olub.
Karantin rejimini həyat yoldaşı İradə xanımla bərabər bağ evində keçirən Səməd bəy tək qaldıqlarını söyləyib:
"Nəvələrim, yeddi nəvəm Moskvaya Leyla nəvəmin doğum gününə getmişdi, koronavirus üzündən orada qaldılar. Bacım İngiltərədə, yoldaşımın bir bacısı Kanadada, digəri İstanbulda qalıb. Hər gün onlarla danışıram, vəziyyət çox faciəvidir. Mən də xanımla bağda otururam. Əkib-becərirəm, mayın sonu tərəvəzlər bağdan olacaq".
O, həyat yoldaşı ilə zarafat da etməyi unutmayıb:
"Arvaddan boğaza yığılmışam. Ölməsək sağ qalsaq, gələn il bu vaxt 45 illik yubileyimiz olcaq. Görün, mən yazıq nə çəkirəm. Bu insanlar yaxşılıq yoxdur, əziyyət çəkib əsəbi-əsəbi nərd öyrətmişəm, indi məni udur. Məni bəyənmir, mənimlə oynamır, gedib internetdə başqaları ilə nərd oynayır".
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...