Seks kuklalarından ibarət ilk bordel açıldı

Seks kuklalarından ibarət ilk bordel açıldı
Şou-biznes 14548
"The Independent" qəzetində dərc edilmiş məqalə də Almaniya barədədir. Məqalədə deyilir ki, bu ölkədə seks kuklalarından ibarət ilk bordel açılıb.BAKU.WS BBC-yə istinadən xəbər verir ki, elə adı da "Bordoll" (doll kukla və ya gəlincik deməkdir) olan bu fahişəxana Dortmundun qırmızı fanarlı küçələrindən birində 29 yaşlı Evelyn Schwarz adlı qadın tərəfindən açılıb.Burada 11 silikon kukla saatı 80 avroya "icarəyə" verilir.Hər birinin çəkisi 30 kiloqram olan kuklaların öz adları və fərqli estetik görünüşləri var.Schwarz bu kuklaları Asiydan sifariş edib və hər birinə 2340 dollar ödəyib.Bordoll saytının yazdığına görə, kuklalar "son dərəcə yüksək keyfiyyətə" malikdir."Bu xanımlar həqiqətən də nağıllardakı gözəlliyə malikdirlər və "daim xoşqılıq" və "sadəqəlblidirlər" - deyilir internet saytında.Sayt yazır ki, plastik seks işçiləri ilə seksin reklam edilməsi "razılıqsız seksin" təbliğatı sayıla bilməz və buna görə də kuklalar bəzi "mümkün xidmətləri" "passiv şəkildə" həyata keçirə bilirlər.11 kuklanın reklamında onların "real", "incə", fantastik" və "canlı" olduğu vurğulanır. Hər bir kuklaya aid məlumatda onun bədən ölçüləri və saç rəngi də göstərilib.Müştərilərə kuklaları geyindirmək üçün özlərinin aldıqları paltarları gətirmək qadağan olunmur.Schwarz deyib ki, bu bordel çox populyardır və kuklaların hər biri gündə 12 saat müxtəlif yaşlı kişilər tərəfindən kirayə edilir.O iddia edir ki, müştərilərin 70 faizi ikinci dəfə buraya baş çəkir.Elə də olur ki, müştərilərin "tolerant" arvadları kuklalarla seks edən ərlərini küçədə və ya maşında gözləyirlər.Schwarz bunu da deyir ki, o kuklalardan ən populyarı olan Anna adlı birini bu yaxınlarda yenisi ilə əvəzləməli olub. Buna səbəb müştərilərdən birinin Annanı sıradan çıxarması olub."The Independent" yazır ki, xanım Schwarz-ın passiv seks kuklaları seks robotlarından tamamilə fərqlənir. Seks robotlatı danışa, hərəkət edə və toxunuşlara reaksiya göstərə bilən cihazlardır. Bununla belə kukla və robotlarla cinsi əlaqənin etikası arasında fərq yoxdur."Sevgi və seks robotları" kitabının müəllifi David Levy deyir ki, robotlar xüsusilə də tənha və utancaq insanlara pozitiv təsir göstərə bilir.O "Time" jurnalına deyib ki, seks robotları ilə cinsi əlaqələrdə heç bir etik problem görmür.Əksinə, "canlı robotika" ekspertləri deyirlər ki, seks robotları sevgi aləminə "inqilab" gətirə bilər.BAKU.WS

Oxşar xəbərlər

Bu qadın seks oyuncaqla sevişir (VİDEO/FOTO)

Bu qadın seks oyuncaqla sevişir (VİDEO/FOTO)

Dünyada seks oyuncaqları istehsal edən fabriklərin olması, həmçinin bu oyuncaqlardan alıb, istifadə edən kişilərin mövcudluğu heç kimə sirr deyil. BAKU.WS xari...

31526 Şou-biznes 13:52 16 noyabr 2016

Son xəbərlər