Səfurə Əlizadədən ərinə: "Sən ən yaxşı həyat yoldaşısan" - FOTO

Müğənni Səfurə Əlizadə şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında övladları ilə həyat yoldaşı Fərhad Əliyevin şəkillərini paylaşıb. Səfurə fotolara ürək sözlərini də əlavə edərək ərini "Atalar günü" münasibətilə təbrik edib:
"Həyatımızın hər dəqiqəsini bizimlə bölüşdüyün üçün təşəkkür edirəm, əla ata olduğun üçün, sevgin və dəstəyin üçün təşəkkür edirəm, uşaqlarımız və mənim üçün mümkün olan və olmayan hər şeyi etdiyin üçün təşəkkür edirəm, bizimlə olduğun üçün təşəkkür edirəm. Sən ən yaxşı ata, ən yaxşı həyat yoldaşısan. Biz səni çox sevirik".
Qeyd edək ki, Səfurə Əlizadə 2013-cü ildə mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlənib. Onların İsgəndər və Natiq adında oğulları, Aişə adlı qızları var. Cütlük uzun illərdir övladları ilə Türkiyədə yaşayır.
Qalereya
Oxşar xəbərlər
Türk bəylərlə ailə həyatı quran AZƏRBAYCANLI MƏŞHURLAR - FOTO
Yerli məşhurlar arasında xarici vətəndaşlarla ailə quranların sayı kifayət qədərdir. Sənət aləmindəki azərbaycanlı xanımların böyük əksəriyyəti daha çox türk bə...