Seda Sayan Dubaya köçür? Açıqlama gəldi
Məşhur müğənni Seda Sayanın Sarıyerdəki lüks villasını 7 milyon dollara satışa çıxardığı və həyat yoldaşı Çağlar Öktenlə birlikdə Dubaya köçəcəyi barədə iddialar ortaya atılmışdı.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, Sayan bu iddialara cavab verib.
Üç il əvvəl özündən 25 yaş kiçik Çağlar Öktenlə ailə quran Seda Sayanın ötən günlərdə Sarıyerdə yerləşən lüks villasını satışa çıxardığı iddia olunurdu. Bundan başqa, bir kosmetika şirkəti ilə müqavilə çərçivəsində Dubaya köçmək qərarına gəldiyi irəli sürülmüşdü.
İddialara görə, keçən il köçdüyü və dekorasiyasına milyonlarla xərc çəkilən villanı təcili olaraq satışa çıxaran Sayan bu mülk üçün 7 milyon dollar tələb edir.
Seda Sayan iddialarla bağlı günlərdir davam edən susqunluğunu pozaraq açıqlama verib.
Ötən axşam həyat yoldaşı Çağlar Öktenlə Arnavutköydəki balıq restoranından çıxarkən görüntülənən müğənni yayılan şayiələrə son qoyaraq, "Elə bir şey yoxdur. Biz buradayıq. İşimiz, gücümüz buradadır, hara gedirik ki?" deyib.
Oxşar xəbərlər
"Tuzlu Kahve"nin çəkildiyi lüks malikanənin sahibi açıqlandı
Yeni yayımlanmağa başlayan "Tuzlu Kahve" serialının çəkildiyi lüks villanın kimə aid olduğu açıqlanıb. BAKU.WS xəbər verir ki, ekran işinin lentə alındığı dəni...