Sabahın hava proqnozu: yağış, sulu qar, güclü külək
17
fev
2018
13:47
Ölkə ərazisində fevralın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi, gecəyə doğru yarımadanın bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət 90-100 faiz təşkil edəcək.Rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Sabah paytaxta qar yağacaq - XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləş...