Sabahın hava proqnozu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu gecə Abşeron yarımadasında 4-6, gündüz 10-15, Bakıda 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Dekabrın 29-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq, bəzi şərq rayonlarda yağıntılı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlandı
Sabah Azərbaycan rayonlarında hava yağıntılı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə veril...