Sabahın hava proqnozu
06
mar
2019
14:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, martın 07-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 də isti təşkil edəcək.Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.Martın 07-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış, axşam dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.Tibbi-meteoroloji proqnozMartın 07-də Abşeron yarımadasında mülayim gilavar küləyinin günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.BAKU.WSOxşar xəbərlər
Sabah güclü külək olacaq – XƏBƏRDARLIQ
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Ba...