Rusiyalı şoumen öz həmcinsli ilə ailə qurdu
TNT telekanalının "Comedy Woman" komediya proqramının aktyoru Yevgeniy Borodenko Danimarkada həmcinsi ilə ailə qurub.
BAKU.WS Rusiya mediasına istinadən məlumat verir ki, toy sentyabrın sonunda baş tutsa da, xəbər və fotolar indi yayılıb. Toyda Yevgeninin bir müddət sevgili olduğu deyilən aktrisa Yekaterina Varnava da iştirak edib.
Borodenko toyu haqda məlumatları gizli saxlayıb. Onun ailə qurduğu şəxsin isə bank sektorundan İqor adlı biri olduğu məlumdur.
Qeyd edək ki, Danimarkada eynicinslilərin nikahı 2002-ci ildən qanuniləşib. Rusiya qanunları isə qeyri-ənənəvi orientasiyalı şəxslərin evliliklərini tanımır.
BAKU.WS
Oxşar xəbərlər
ANS-in sabiq aparıcısı ana oldu
Tanınmış aparıcı Aytən Səfərova ikinci dəfə ana olub. BAKU.WS məlumat verir ki, oğul anası olan aparıcı sevincini şəxsi facebook hesabında paylaşıb. Qeyd ed...