Rüfət Axundov Röya ilə "Şahzadəm" oxudu

Xalq artisti Röya Ayxan və həmkarı Rüfət Axundov uzun zamandır gözlənilən "Şəhzadəm" adlı duetlərini təqdim edib.
BAKU.WS xəbər verir ki, sözləri Orxan Mürvətliyə, musiqisi Fərid Kərimliyə aid olan mahnını rejissor Orçun Mutlu ekranlaşdırıb.
İfaya klip pandemiya dövründə çəkilsə də, layihələrdə problem yaranmış, klip də, mahnı da silinmişdi.
Bu barədə Rüfət Axundov və Röya Ayxanın qısaca məlumat verib:
Rüfət Axundov bildirib ki, öncə illərlə dostluq etdiyi Röya Ayxana təşəkkür edir və 3 illik aradan sonra klip nəhayət ki, son işıq üzü görüb:
"Tilsimi qırdıq, şükür klip yayımdadı. Və bu başıbəlalı klipimiz ilk dəfə Türkiyədə çəkildi amma klip yandı. Sonra türk rejissorları Bakıya gətirdik və yenidən "Şəhzadəm"i çəkdik. Əla alındı. Xalq artisti, pop kraliça, dostum Röya xanıma təşəkkür edirəm, inanıram tamaşaçılar bəyənəcək".
Xalq artisti Röya Ayxan isə Rüfət Axundova söz verdiyini və nə olursa olsun bu klipin işıq üzü görəcəyini söz verib: " Mən Rüfətin ailəsiyəm, bacısıyam, dostuyam. Ona 3 il qabaq söz vermişdim, qismət bu günə imiş".
Layihə bütün rəqəmsal platformalarda təqdim olunub.
Oxşar xəbərlər
Röya pərəstişkarları qarşısında çıxış etdi
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə konsert keçirilib. BAKU.WS xəbər verir ki, Xırdalan şəhərində...
