Rəqqasə Fatimə efirdə göz yaşı tökdü: Məni o qədər sındırmaq istəyiblər ki... - VİDEO

Rəqqasə Fatimə efirdə göz yaşı tökdü: Məni o qədər sındırmaq istəyiblər ki... - VİDEO
Video
Şou-biznes 1386
Fatimə Fətəliyeva efirdə göz yaşı axıdıb.BAKU.WS xəbər verir ki, ATV-də yayımlanan “Ulduzlu yayım” verilişinin ilk qonağı olan rəqqasə keçmiş günlərini yada salaraq ağlayıb: “Vaxtilə çox əziyyət çəkmişəm. Qızım ət istəyib, ala bilməmişəm. O vaxtlarımda məni sındırmaq istəyiblər. İnanın, çox çətin olub. Özümə söz vermişdim, efirdə heç vaxt ağlamayacam... İndi yaxınlarımın daha çox dəstəyini görürəm. İnanıram ki, bundan sonra hər şey yaxşı olacaq. Çünki özümdə görmədiklərimi Aydanımda görmək istəyirəm. Mən qadın kimi xoşbəxt ola bilməmişəm. Çox yaxşı yaşamışam, amma sonra düşmüşük. Həmin günləri görən biri kimi, çalışıram indi heç kimin qəlbini sındırmayım. Məni o qədər sındırmaq istəyiblər ki...”. Sözügedən görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilərin böyük qismi Fatiməni kameraya oynamaqda ittiham edib. Rəqqasə onu tənqid edənlərə belə cavab verib: "Çoxları yazır ki, nəinki ət, biz kartof belə tapmamışıq. Buna aydınlıq gətirmək istəyirəm; bəli, bilən bilir mən necə ailədə göz açmışam. 19 yaşıma kimi neyləyim, necə edim deməmişəm. Atamı itirdikdən sonra acı günlərimiz başlayıb. Anam neçə ilin biznesmeni olub, xəz-dəri dükanları olub. İflas olduğumuzda çarəsiz qalıb evlərimizi satdıq, kirayələrdə yaşadıq. Bu, hər insanın başına gələ bilər. Bu qara zolaq bizim də başımıza gəldi. Oldu, keçdi. Çoxları yazır ki, artistlik edirəm, məncə hər kəs pis gününü xatırlayanda kövrələ bilər. Heç kim keçmişini unutmamalıdır və sabah başımıza nə gələcəyini bilmirik. Şükür bu günümə ki, əziyyət görsəm də indi ayaqdayam. Allah buyurub ki, əziyyət görəsən ki, hər anına şükür edəsən, yaxşı günlərin qədrini biləsən. Ən əsası, bu gün yanımda olan insan var, ailəm - həyat yoldaşım, oğlumun atasi var. Biz birlikdə çox güclüyük. Tam xoşbəxtçilik olmasa da, çox şükür xoşbəxtəm. Heç kim deyə bilməz mən tam xoşbəxtəm. Amma bu günə şükür, ailəm, sevdiklərim yanımdadır. Xoşbəxtəm, çünki ruzimi də Allah əziyyətimə görə mənə bəxş edir". Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər