Rəqqasə Fatimə: "Ağzıma su doldurdum və qulağımı qonşunun qapısına qoydum" (VİDEO)

Rəqqasə Fatimə: Ağzıma su doldurdum və qulağımı qonşunun qapısına qoydum (VİDEO)
Video
Şou-biznes 1485
Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva “APA TV”-nin “Show time” verilişində qonaq olub. BAKU.WS-in məlumatına görə, rəqqasə bildirib ki, hər bayramda qızı və oğlu ilə qulaq pusur:“Mən hər il bayramda qızım və oğlumla qonşunun qapısını pusuram. Çünki mən buna çox inanıram. Niyə? Hələ oğlum dünyaya gəlməmişdi. 2010-cu ildə qızım Aydanla arzu tutduq. Ağzıma su doldurdum və qulağımı qonşunun qapısına qoydum. Həmin anda dəhşət uşaq səsi gəlirdi. Həmin vaxtlar da 2-ci övladımı dünyaya gətirməyi düşünmürdüm. Amma 2011-ci ildə oğlumu dünyaya gətirdim. Mən belə şeylərə inanıram və hər il də qulaq pusmağa gedəndə deyirəm ki, birdən pis nəsə deyərlər. Ötən il qulaq asanda “qalmaqal” və “get burdan” sözünü eşitdim. Doğrudan da həmin il mənə elə də keçdi. Çox işçilərim dəyişildi. İstəmədən qalmaqallar çox oldu. Məni tanıyanlar bilir ki, ümumiyyətlə mən qalmaqaldan uzaq insanam. Çünki buna vaxtım yoxdur. Qalmaqalı boş bekar adamlar edir. Mən istəmədən qalmaqallar gəlib məni tapırdı. Səbəbini də bilmirdim. Amma sonralar səbəbini də tapdım. Görürlər ki, mən tək canımla çalışıram, öz biznesim var. Rəhbərlik etmək də asan bir iş deyil, mən bunu bacarıram. Bunu da bir çoxlarının gözü götürmür”. BAKU.WS

Son xəbərlər