Roza Zərgərlidən Xalq artistini tanımayan oğluna: "Corcu danladım ki, sus" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Səkinə xanım bizim qonşumuz idi. Biz eyni çoxmərtəbəli yaşayış binasında qalırdıq. Bir gün onu avtomobilimə götürdüm. Daha sonra Gəncliyə uşaqları götürməyə getdik. Corc qabaqda, Bənövşə isə arxada əyləşdi. Söhbət edə-edə yol gedirdik. Mənim uşaqlarım sərbəstdirlər. Onlara söz azadlığı vermişəm. Birdən Corc çevrilib Səkinə xanıma dedi ki "Salam xanım, siz nə işlə məşğulsunuz?" Təsəvvürünüzə gətirin, mən həmin vaxt rolda neynədim...".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli deyib. "Gündən Günə" verilişinə qonaq olan ifaçı oğlu Corcun Xalq artisti Səkinə İsmayılovanı tanımadığını, buna görə də onu danladığını, hətta onu döymək dərəcəsinə gəldiyini bildirib:
"Corc aktyorluqla məşğu olsa da, onu tanımadı. Bu da hərhalda mənim qəbahətim olub. Bu vaxt Səkinə xanım soruşdu ki "Adın nədir bala". Mən cavab verdim ki, adı Corcdur.
Dedi "Ay qız uşağa Corc adı qoyanda bilmirdin ki, bizimkiləri yox, Hollivud ulduzlarını tanıyacaq?". Gəldim evə, yazıq Corcu danladım, vəziyyət döyməyə qədər gəlib çıxdı. Bundan sonra 3 gecə yatmadım".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...