Röya: "Mən artıq eyni evdə kişi ilə yaşaya bilmərəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan evlilik həyatına birdəfəlik nöqtə qoyub. BAKU.WS xəbər verir ki, ifaçı ''ATV Maqazin 10lar''la verilişinə açıqlamasında bir daha ailə qurmayacağını bildirib:
''Bundan sonra ərə getmərəm. Mən artıq bir kişi ilə yaşaya bilmərəm. Hüseynin 10 yaşı var, təzədən evdə biri ilə oturum, o desin, mən edim, mən deyim, o etsin. Alınmır. Evə girirəm, görürəm, oğlum yastıqla gözləyir. Daha evdə mayka ilə bir kişi gəzsin... Yox! Mənlik deyil!"
Müğənni evlənmək istəməsə belə hərdən yaşadığını da gizlətməyib:''Zaman-zaman flört etdiyim olur. Bəlkə də, 20 il əvvəlki Röya başqa cavab verərdi. Lakin indiki kişilər inciməsin, öz-özümə fikirləşirəm ki, mən bunlardan çox bilirəm, bunlardan daha güclüyəm''.
Oxşar xəbərlər
Röya: "Hər gün aşiq oluram, hər gün!" - VİDEO
ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artist Röya Ayxan olub. BAKU.WS xəbər verir ki, Xalq artisti dostları ilə sevgidən danışıb:“Sevgini y...