Röya dünya şöhrətli robotla birgə mahnı oxudu - VİDEO

Röya dünya şöhrətli robotla birgə mahnı oxudu - VİDEO
Video
Şou-biznes 548

Tanınmış müğənni, xalq artisti Röya dünya şöhrətli robotla birgə mahnı oxumaq üçün “Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” stendini ziyarət edib.

BAKU.WS xəbər verir ki, Röya Ayxan sözləri və müsiqisi Zülfi Bədəlova məxsus “Mənə sevgindən bəhs et” mahnısını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” zonasında İtaliyadan gətirilən, dünyanın ən məşhur robotu TEOTRONİCO-nun müşayiəti ilə ifa edib.

Qeyd edək ki, məhşur pianoçu TEOTRONİCO “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün İtaliyadan Bakıya gətirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər