Röya Ayxanın möhtəşəm ad günündən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Röya Ayxanın möhtəşəm ad günündən GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Video
Şou-biznes 620

Ötən gün Xalq artisti Röya Ayxanın 14/41 adlı albomunun təqdimatı baş tutub.

BAKU.WS xəbər verir ki, paytaxtın dəbdəbəli məkanlarından birində keçirilən təqdimat zamanı sənətçi ailə üzvlərini, yaxınlarını və məşhurları bir araya yığaraq ad gününü də qeyd edib.

Estradamızın parlaq ulduzunun doğum günündə hər kəs ağ geyimdə olub. Sənətçini təbrik etməyə gələnlər arasında tanınmış aparıcılar, müğənnilər, aktyorlar və blogerlər yer alıblar. Onlar Röya Ayxanı gül və hədiyyə yağışına tutublar.

Məclis zamanı aparıcı Hacı Nuran ifaçıya xalça hədiyyə edib. Xalçanın üzərində Röya ilə Hacı Nuranın fotosu yer alıb.

Röya Ayxanın möhtəşəm ad günündən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Röya Ayxanın möhtəşəm ad günündən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Röya Ayxan ağ geyim konseptli gecəyə əvvəl qırmızı libası ilə qatılıb. Daha sonra isə ağ libas geyinib.

Təqdimatın aparıcıları Samir Bayramlı ilə Kəmalə Piriyeva olublar. Məclisdə Röyanın ifaları qədər oğlu Hüseynlə rəqsi də maraqla qarşılanıb. Gecənin sonunda ifaçının ad günü tortu kəsilib, daha sonra atəşfəşanlıq olub.

Röya Ayxanın möhtəşəm ad günündən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər