Röya Ayxan: "Yaxtada şəkillərimi çəkərdilər" - VİDEO
Xalq artisti Röya Ayxan yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı Elgiz Əkbərin "Ulduz olmaq sizi bezdirmir" sualına "Qətiyyən" cavabını verib.
İfaçı bu sualı cavablandırarkən xarici ölkələrdən birində tanınmış müğənni kimi yaşamaq istədiyini də bildirib:
"Mən elə adam deyiləm. Heç bir şeydən, etdiyim səhvlərimdən də peşman deyiləm. Düşünürəm ki, bu yaşanacaqdı. Ulduz olmağı da qətiyyən... Kaş ki, mən xaricdə yaşayardım. Bütün maqazin verilişləri hər gün məni göstərərdilər.
Mən sevgilimlə hara gedirəm, haradan gəlirəm. Çox rahat bir ölkədə yaşamaq istəyərdim. Məni də hamı tanısın. Hər şey də rahat olsun. Biri ilə yola çıxmısansa mütləq evlənəcəksən deyə birşey yoxdur. Arada deyirəm ki xaricdə yaşasaydım, ini mənim də yaxtada şəkillərimi çəkdərdilər".
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...