Röya Ayxan: "Məni və Aygün Kazımovanı "ikon" seçir, əslində, düz seçmir" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan ARB televiziyasında yayımlanan "Sözbaz" verilişində açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi müsahibəsi zamanı gənc həmakrı Hissin, "Şou-biznesdə Aygün Kazımovadan və Röya Ayxandan sonra üçüncü mənəm...", - sözlərinə münasibət bildirib:
"Məncə, düz deyir, hissiyat barəsində... Heç kimin xətrinə dəyməsin. Hamı məni və Aygün Kazımovanı "ikon" seçir, əslində, düz seçmir. Çünki yeni gələn nəsil bir-birini tapdalamağa çalışır. Əsla tapdalamamalıdır.
İllər keçəndən sonra da bir-birinin üzünə baxmaq lazımdır. Mən düşünmürəm ki, kiminsə yolunu bağlamışam və kiminsə üzünə baxa bilməyəcəm. Hamını sevirəm. Amma bir gənc onu deyibsə, ona uğur gətirsin. Bəlkə də biz onun üçün stimuluq".
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...