Röya Ayxan: "Mən Azərbaycan incəsənəti üçün yaxşı işlər qoyub gedəcəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Mən Azərbaycan incəsənəti üçün yaxşı işlər qoyub gedəcəm. Gənclərimiz mənim mahnılarımı yenidən aranjıman etdirəndə yenə də o mahnılar seviləcək. Bəzi insanlara başa salıram ki, gəldiyim ilk addımlarımdan bu sənətin bütün qollarından istifadə edən bir qız olmuşam. "W-trio" qrupunda olduğumda qızlarla dünya ulduzları Şadenin, Meray Kerinin reperturarındakı məşhur mahnıları ifa edirdik, mən bəmləri, qızlar zilləri… İstəsəm onu da belə oxuyaram. Sadəcə istəmirəm, çünki o duyğunu daşımaq lazımdır".
BAKU.WS xəbər verir ki, bu sözləri jurnaslistlərə açıqlamasında Xalq artisti Röya Ayxan deyib. İfaçı 100-dən çox fanatını biraraya yığaraq "Röya Fun Club”ın yaranmasının 25 illiyini qeyd edib. Paytaxtın dəbdəbəli məkanlarından birində keçirilən görüşdə ifaçı pərəstişkarları ilə sevilən hitlərini səsləndirib.
Məclisi açıq elan edən Röya Ayxan hər bir fanatı ilə tək-tək görüşüb, onlarla səmimi söhbət edib və hər biri ilə foto çəkdirib. Pərəstişkarlarından bəziləri sənətçiyə özəl hədiyyələr bağışlayıblar. Gecəyə sadə saç düzümü və makiyajı ilə qatılan estradamızın ulduzu, bu görünüşünü uzun, sarı rəngli şık bir libasla tamamlayıb.
Məclis zamanı ifaçı mətbuata açıqlamasında 2023-cü ildə gördüyü işlərdən və ilin son ayında təqdim edilən “Tut əlimdən” mahnısının qısa müddətdə sevilərək hitə çevrilməsindən danışıb:
“2023-cü il mənim yaddaşımda həm bütöv Azərbaycan olmağımızla, həm də iki konsertimlə yadda qaldı. İkisi də çox çətin və mənəvi əmək sərf etdiyimiz konsertlər idi. Artıq ilin sonudur. İlin əvvəlini bir neçə sevilən hitlərimiz və konsertlərimizlə başladıq. Ən sonununda “Tut əlimdən”i təqdim etdik. Çox sevərək ifa etmişdim, amma heç bu qədər gözəl reaksiya gözləmirdim. Özüm o ifanı bəyəndiyim üçün oxumuşdum. Siz bilirsiniz ki, mən söz həvəskarıyam. “Tut əlimdən” mahnısının sözləri də mənim daxilimdəki sözlər olduğu üçün onu oxudum".
Səhnəmizin Röyası qəlb qıran insan olmadığını desə də, acıdil olduğunu etiraf etməkdən də çəkinməyib:
“Mən sizi, Allahı çox sevirəm. Heç kimin qəlbini qıran insan deyiləm. Dəhşətli dərəcədə çox acı dilim var. Birinə bir dəfə bir cavab qaytarsam üç gün yerindən qalxa bilməyəcək”.
Məclis zamanı Xalq artsiti fanatları ilə birlikdə həmin gün üçün özəl hazırlanan tortu kəsib. Daha sonra DJ-in müşayiəti ilə musiqili və əyləncəli gecə davam edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...