Röya Ayxan illərdir küsülü olduğu həmkarlarını bağ evində qonaq etdi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan uzun illərdir küsülü olduğu həmkarları Natavan Həbibi ilə Səidə Sultanı dəbdəbəli malikanəsində qonaq edib.
BAKU.WS xəbər verir ki, bu barədə Səidə şəxsi instaqram hesabında foto paylaşaraq "İllər keçsə də, nə qədər didişsək də, doğmalıq keçmir" sözlərini əlavə edib.
Gecə boyunca məşhurlar Röyanın evində mahnılar ifa edərək xeyli əyləniblər.
Xatırladaq ki, məşhur "W-trio" qrupunun keçmiş üzvləri Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Səidə Sultan uzun illərdir ki, küsülü idilər.
Onlar ilk barışıq addımını Səidə Sultanın toyunda ataraq bir araya gəldilər. Hər üç məşhur arasında illərdir qalmaqal yaşanırdı. Sonuncu dəfə bu qalmaqal geyimə görə baş vermişdi.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...