Rövşanədən APARICILARA: "Dodaqların 3 metrə qabağa olmasını nəzərdə tutmuruq" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Adam efirə çıxır, tarixi hadisədən məlumatı yoxdur. Hansısa bir şairin adını belə bilmir. Bir əsərin adını eşitməyib. Kamera qarşısına çıxıb nədənsə danışırlar. Təəssüf edirəm ki, bu gün televiziyalarda reytinqə hesablanmış o aparıcıların savadı və biliyi biz istədiyimiz səviyyədə deyil".
BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı MTV-yə açıqlamasında bildirib. Həmkarlarını savadı və biliyi qədər, görünüşünü də tənqid atəşinə tutan aparıcı onları bəyənmədiyini vurğulayıb:
"Təbii ki, efir gözəllik və baxım istəyir. Amma biz gözəllik deyəndə bədənin doxsan altmış doxsan olmasını, kirpiklərin yarım metr, dodaqların 3 metr qabağa olmasını nəzərdə tutmuruq. Baş və qafa varsa, o zaman bir az üz cizgilərinə əl gəzdirmək olar".
Ətraflı videoda:
Oxşar xəbərlər
Rövşanə həmkarlarına QƏZƏBLƏNDİ: "Silikon dodaqlar, permanent qaşlar, balaca burunlar..." - VİDEO
"Məni narahat edən məqam odur ki, bu gün bizdə ixtisaslaşmış jurnalistika yoxdur. Biz ancaq şou və əyləncə sahəsində çalışan aparıcıları görürük. Onlar daha çox...