Rəşid Mahmudov canlı efirdə qəzəbləndi: Elzanı onlarla yanaşı qoymaq olmaz! - VİDEO
24
yan
2019
17:54
Tanınmış ziyalı, tibb elmləri namizədi Rəşid Mahmudov bəstəkar-müğənni Elza Seyidcahanın bəstəkar kimi qəbul edilməsinə etiraz edib.BAKU.WS xəbər verir ki, o, qonağı olduğu "Səni axtarıram" proqramında Seyidcahanın adının Qara Qarayev, Fikrət Əmirov və bu kimi klassik bəstəkarla yan-yana çəkilməsinin düzgün olmadığını bildirib. Aparıcının E.Seyidcahanın müdafiəsinə qalxması Rəşid müəllimi özündən çıxarıb. O, qəzəblənərək verilişi tərk etmək istəyib. O, öz etirazını bu sözlərlə davam etdirib: "Əgər o, bəstəkardırsa, bəs Cahangir Cahangirov, Tofiq Quliyev, Ələkbər Tağıyev kimdir?! Elzanı onlarla yanaşı qoymaq olarmı? Siz nə danışırsız? Mən buradan çıxıb gedəcəm"! Xoşqədəm Baxşəliyeva onu sakitləşdirərkən R.Mahmudovun əsəbi halda söylədiyi fikirlərin bir qismi efirə verilməyib. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Keçmiş tələbəsi Elzanı YIXIB-SÜRÜDÜ: "Kameradan kənar özünü mələk kimi aparırdı"
Son günlər Əməkdar artist Elza Seyidcahanın münsif olduğu "Azərbaycanın səsi" müsabiqəsində yaratdığı qalmaqallar gündəmi zəbt edib.BAKU.WS xəbər verir ki, E. S...