Rəsul Brilliant Dadaşovanın mahnısına Türkiyədə klip çəkdirdi - FOTO/VİDEO

Rəsul Brilliant Dadaşovanın mahnısına Türkiyədə klip çəkdirdi - FOTO/VİDEO
Foto Video
Şou-biznes 157

Müğənni Rəsul Əfəndiyev yeni klip təqdim edib.

BAKU.WS xəbər verir ki, sənətçi manhı üçün Xalq artisti Brilliant Dadaşovanın repertuarına müraciət edib. Əfəndiyev "Sevəcəyəm" adlı kompozisiyanı ifa edərək sevənlərinin ixtiyarına verib.

Mahnının sözləri Əlibaba Hacızadəyə, musiqisi isə Cavanşir Quliyevə aiddir. Kompozisiyanın yeni aranjimanını Kurşad Məmmədov edib. Sənətçi "Sevəcəyəm"ə klip çəkdirmək üçün Türkiyəyə üz tutub.

Klipin rejissorluğunu türkiyəli Erkan Nas edib. "Sevəcəyəm" Rəsulun rəsmi "Youtube" kanalına yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər