Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Müğənni Rəqsanə İsmayılova barəsində yayılan məsələyə münasibət bildirib.
Müğənni açıqlamasında onun haqqında yayılan məlumatı təkzib edib:
“Məni heç kim məhkəməyə verməyib. Əslində, məhkəməyə mən müraciət etmişəm. Məhkəmə başa çatdıqdan sonra mətbuata məlumat verəcəyik”.
Daha ətraflı Baku Tv-nin süjetində:
***14:29
Müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub.
BAKU.WS xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib.
Bu səbəbdən icra məmuru tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.
Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.
Məsələ ilə bağlı Rəqsanə İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib. Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib:
“Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...