Rəqsanə ilə biznesmen ərinin romantik görüntüləri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Rəqsanə İsmayılova əri ilə səmimi və romantik videosunu paylaşıb.BAKU.WS xəbər verir ki, müğənninin "İnstagram" hesabında paylaşdığı görüntülər "Sevgililər günü"nə özəl çəkilib.Rəqsanə videonu bu sözlərlə paylaşıb:
"Həyatıma xoş gəldin... İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizin başlanğıcından bəhs edir. Hər zaman sizinlə kədərimi, dərdimi bölüşdüyüm kimi, bu gün xoş və xoşbəxt günümü paylaşıram.
Çox həyəcanlıyam, həm yeni ifamın, klipin həyəcanı var, həm də bu tarixin sevinci və sevincdən doğan göz yaşları. Arzu edirəm, hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun".
Görüntülər ifaçının "Həyatıma xoş gəldin" adlı yeni klipindən bir parçadır. Sözügedən klip 14 Fevral - "Sevgililər günü"ndə izləyicilərin ixtiyarına veriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...