“Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 7 ili tamam olur
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 7 il ötür.
Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən yeddi il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
"Report" agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.
BAKU.WS komandası adından həmkarlarımızı təbrik edirik, onlara uğurlar arzulayırıq!
Oxşar xəbərlər
Parisdə “Azərbaycan şəhərciyi” (FOTO)
Sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə "Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fon...