Rasim Ocaqovdan danışan Meral Konrat: "Çox önəmli insan idi" - VİDEO
29
yan
2024
20:36
Türkiyəli aktrisa Meral Konrat mərhum rejissor Rasim Ocaqov barədə danışıb.
BAKU.WS xəbər verir ki, Türkiyədən "Sabahın xeyir, Azərbaycan" verilişinə canlı bağlanan aktrisa Ocaqovun Azərbaycan incəsənəti üçün vacib rejissorlardan biri olduğunu qeyd edib:
"Rasim Ocaqov mənim üçün çox önəmli insan idi. Görün necə gözəl işlər görüb ki, biz onun 90 illiyində onu Ankarada andıq. Mənim üçün önəmli kinorejissorlardan biridir.
Məni Azərbaycanla tanış etdiyi üçün, "Təhminə" obrazını mənə verdiyi üçün Rasim Ocaqova çox təşəkkür edirəm".
Ətraflı videoda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...