Rasim Balayev "Nəsimi" filmində özünə aid bu səhnədə niyə çəkilməyib? - VİDEO

31
may
2024
12:05
Xalq artisti Rasim Balayev illər sonra çəkildiyi "Nəsimi" filmi ilə bağlı danışıb.
BAKU.WS xəbər verir ki, "Zarafat bir yana" şousuna qonaq olan aktyor ekran işindəki Nəsiminin ayağının dərisinin soyulduğu səhnədən danışıb.
Xalq artisti qeyd edib ki, həmin vaxt özü çəkiliş meydanında olmayıb və onun yerinə işıqçının ayağını çəkiblər.
Aktyor yaxınlıqda yerləşən bazarda sərin qarpız alıb yeməyə gedibmiş...
Xatırladaq ki, "Nəsimi" 1974-cü ildə çəkilib. Rejissor Həsən Seyidbəylinin dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi haqqında filmidir.
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
